MeqaHost.Com Sərfəli Veb Saytların Hazırlanması, Domen, Hosting, Resellər satışı,

Tez-Tez verilən Suallar

Saytların təhvil verilmə müddəti sifarişdən asılı olaraq dəyişir. Standart sifarişlərin hazırlanma müddəti 1 həftə təşkil edir. Sifariş verərkən müddəti "təxmini" olaraq soruşa bilərsiniz.
Xeyr, təəssüf ki, halhazırda MeqaHost Group online(avtomatlaşdırılmış sistem) olaraq fəaliyyət göstərmir. Lakin gələcəkdə sistemin onlineləşdirilməsi nəzərdə tutulur.
Bəli, bizdən aldığınız sifarişlərdə 7 gün geri ödəmə qarantisi verilir. Yaşanan problemin bizdən qaynaqlı olması vacibdir. Əks halda geri ödəniş edilmir.
Məhsul sifariş verərkən: Kapital, Rabitə və Beynəlxalq bankın kartlarından bankın öz proqramı vasitəsiylə, Portmanatla, MilliÖN aparatları vasitəsiylə, Poçtla ödəniş edə bilərsiniz. Digər ödəniş vasitələrindən istifadə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Aylıq ödəniş ödənmədiyi halda, sayt deaktiv edilmədən öncə 3 gün müddət verilir. 3 gün tamam olduqdan sonra ödəniş olunmadığı təqdirdə 1 həftəlik(3 gün müddət başa çatdıqdan sonra hesablanır) sayt deaktiv edilir. Verilən müddət başa çatdıqda ödəniş hələ də olunmamışdırsa, məhsulunuzun birdəfəlik serverdən silinməsində haqqlıyıq. Backuplarınız 14 gün müddətinə(1 həftəlik müddət başa çatdıqdan sonra hesablanır) serverdə saxlanılır və sonra silinir. Geri qaytarılması mümkün olmur
Hörmətli Müştəri, bizə zəng çatmadığı halda, WhatsApp, saytdakı online məktub və yaxud mail yoluyla bizimlə əlaqə saxlaya bilərsiniz. Ən qısa müddətdə sizə geri dönüş ediləcəkdir.
Bəli, saytlarda edilən səhv dəyişikliklərin və yarana biləcək hər hansı təhlükənin qarşısın almaq üçün serverdəki bütün məhsulların hər gecə saat 04:00-da ehtiyyat nüsxəsi götürülür. Hər ayın ilk və son bazar günləri ehtiyyat nüsxələr digər ehtiyyat serverə köçürülür. Yəni ki, backuplarda yaranacaq hər hansı bir təhlükədə ehtiyyat serverə köçürülən nüsxələrdən istifadə etmək mümkündür.